AZ

“Ağaclıqların kəsilməsi qadağan edilməlidir”

“Ağaclıqların

Elman Cəfərli: “Çox təəssüf ki, ağac soyqırımı davam edir”

“Qlobal iqlim dəyişikliklərinin çox təəssüf ki, ciddi fəsadlarını artıq müşahidə etməyə başlamışıq. Fəsillər yerini dəyişib, quru iqlimə malik regionlarda sel və daşqınlar artıb. Təni fəalkətlər: zəlzələ, sunami, sürüşmələr çoxalıb. Son 30 ildə Azərbaycanda ətraf mühit kifayət qədər korlanıb. Meşə fondu əhəmiyyətli dərəcədə azalıb. İri şəhərlərdə çoxillik ağaclar məmurların-işbazların güdazına gedib”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. O, bildiirb ki, bu gün sosial şəbəkələrdə bir video rastıma çıxdı: “Göyçayda daşqın baş verib. Sel suları çay yatağına atdığımız məişət tullantılarını bir yerə toplayıb. Su bu tullantıları çay boyu axıdır. Bu, məişət tullantılarının illərlə çay yatağına atılmasının nəticəsində yaranıb. Halbuki illərdir həıyəcan təbili çalırıq, bəyanatlar veririk ki, Bakıda məişət tulantılarının təkrar emalı müəssisəsi yaradılıb. Bu, yaxşıdır. Belə bir müəsissəsinin Yevlaxda və ya Gəncədə yaradılması da vacibdir. Bir neçə iqtisadi rayonda yaradılması daha yaxşı olardı. İllərdir yazırıq ki, Bakıda, Sumqayıtda, Xırdalanda göydələnlərin tikintisi dayandırılmalıdır. Ağaclıqların kəsilməsi qadağan edilməlidir. Çox təəssüf ki, iri şəhərlərdə, xüsusən Abşeron yarımadasında olan iqi meqapolislərdə ağac soyqırımı davam edir. Sənayeləşmə və şəhərlərşmə ümumən yaxşı prosesdir lakin bunun mənfi tərəfləri də var. Bu da ondan ibarətdir ki, şəhərlərdə yaşayış məntəqələrinin, şəhər və qəsəbələrin yaranması, sənaye, iaşə obyektlərinin tikintisi ağaclıqların kəsilməsi hesabına baş verir”.
E.Cəfərli əlavə edib ki, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələrinin nəticələrinin yumşaldılması üzrə çərçivə konvensiyasına tərəfdaş dövlətlərin 29-cu konfransı keçiriləcək: “Azərbaycan bu nüfuzlu toplantıya ciddi şəkildə hazırlaşır. Ölkə prezidenti ötən ilin dekabrında sərəncam imzalayaraq 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Əslində dövlət başçısı bütün ölkə vətəndaşlarına bir çağırış edib. Dövlət ətraf mühitin mühafizəsi istiqamətində lazımi addımları atır. Gərəkən qərarlar verilib, layihələr hazırlanıb. Son illər Bakı və Abşeronda yüzminlərlə ağac əkilib. Ölkədə qoruq və yasaqlıqlar yaradılıb. Nadir bitki və heyvan növlərinin mühafizəsi istiqamətində ciddi addımları atılır. İnsanlarımız da iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılmasına səfərbər olmalıdır. Necə ki Vətən müharibəsində ölkə vətəndaşları ümumi qələbə üçün səfərbər oldu, düşməni məğlub etdi, indi də belə olmalıdır. İnanın ki, şəhərimizin ağciyərini məhv edən, ağaclarımızı kəsən, nəfəsimizi əlimizdən alan alan məmur-işbaz birliyi düşməndən az zərərverici deyil. Ermənilər Şərqi Zəngəzurda, Qarabağda ekologiyamıza ziyan vurdu, ekosistemimizi məhv etdi. Çaylarımız zəhərlədi, meşələrimizi kəsdi. Bakıda və digər iri şəhərlərdə isə bu zərəri bizə işbazlar, onlara qahmar çıxan məmurlar vurur. Ekoloji böhran o həddə çatıb ki, hamı iqlim dəyişikliyinin ciddi fəsadlar verdiyini anlamalı və bunun nəticələrinin aradan qaldırılmasına öz təhfəsini verməlidir. Sual yarana bilər ki, qlobal iqlim dəyişikliyinin nəticələrini aradan qaldırmaq üçün böyük dövlətlər, qlobal şirkətlər qərar verməli, tədbirlər görməlidir, sıravi vətəndaş nə edə bilər? Əslində doğrudur. Bu istiqamətdə mühüm qərarları böyük dövlətlər, qlobal şirkətlər verməlidir. COP tədbirləri də əslində qlobal beyin mərkəzlərinin atdığı addımdır. Həyəcan siqnalıdır, çağırışdır. Qlobal güclər atmosferə külli miqdarda istixana effekti yaradan qazlar atan ənəvəi nəqliyyat növü ilə işləyən nəqliyyat vasitələrinin fəaliyyətinin məhdudlaşdırılmasına çalışmalıdır. Nəhayət iri şəhərlərdə karbonsuz nəqliyyata keçid təmin edilməlidir. İşğaldan azad edilmiş Qarabağda nəqliyyat infrastrukturu yaşıl layihələrə əsaslanacaq. Artıq orada şəhərdaxili nəqliyyat sisteminə elektriklə çalışan avtobuslar buraxılıb. Bunu Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə də təbiq etmək lazımdır”.
O, bldirib ki, hər bir vətəndaşdan tələb olunan ətraf mühitə duyarlı münasibətin formalaşmasıdır: “Ağackəsənlərə qarşı vətəndaş müqaviməti formalaşmalıdır. 2019-cu ildə Bakı şəhərində Məhəmməd Hadi 92 ünvanda 100-dən çox ağac kəsilmişdi. Ərazidə yaşayan insanlar ayağa qalxdı, işabazlara müqavimət göstərdir. Qısa müddətdə məsələ ictimailəşdi. Qorxuya düşən tikinti işbazları texnikalarını yığıb ərazini tərk etdilər. Yerli sakinlər min bir əziyyətlə saldıqları bağı, yaratdıqları düzəni qoruyub saxlaya bildilər. Hər şeyi dövlət başçısından gözləmək olmaz. Prezident dəfələrlə bildirib ki, ictimai nəzarət gücləndirilməlidir. Ölkədə bu qədər ictimai təşkilat, media qurumları var. İctimai nəzarəti təşkil etmək adını çəkdiyim qurumların əsas vəzifəsidir. Qanunvericiliyə görə hər yayayış məntəqəsinə müəyyən ölçüdə yaşıllıq sahəsi düşür. Bu standartlara ciddi əməl olunmalıdır. Bakı şəhərində yaşıllıqları qənim kəsilən işbazlar, onlara himayə edən məmurlar ciddi cəzalandırılmalıdır.
Dərk etməliyik ki, ətraf mühit evimizin kandarından başlanır. Ətraf mühitə, ağaclara, canlılara qayıkeş münasibət hədərə getdir. Bu gün torpağa basdırdığımız bir fidan, bir tink sabah nəfəs olaraq bizə qayıdır. Ağacları qorumaqla biz nəfəsimizi, saxğlamlığımızı qorumuş oluruq. Bu mərhələdə vətəndaş cəmiyyətinin və medianın üzərinə böyük vəzifə düşür. İnsanlarda təbiətə sevgi aşılayan sosial-çarxlar hazırlanmalı, təbliğat materialları yayılmalıdır. Maarifləndirici tədbirlərin sayı artırılmalıdır. Piknik mövsümündə müvafiq yerlərdə maarifləndirici banerlərin asılması yaxşı olardı. Gənc nəsildə ekoloji şüurun formalaşdırılması erkən yaşlarda başlanmalıdır. Yaxşı olardı ki, orta məktəblərdə 5-8-ci siniflərdə ekoloji dərslər, məşğələlər salınsın”.

Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
xalqcebhesi.az

1Mənbələr