AZ

Əli Kərimlinin erməni keşişi ilə həmrəylik aksiyası ANALİZ

Azərbaycan parlaq hərbi, siyasi, diplomatik qələbə ilə regionun aparıcı dövləti olduğunu nümayiş etdirdi. Gözlənildiyi kimi, məkrli, hiyləgər bəzi dövlətlər və onların hakimiyyətləri ölkəmizin uğurlarını həzm edə bilmir, hər vəchlə nailiyyətlərə kölgə salmağa çalışırlar. Azərbaycanın dağıdıcı müxalifətinin və xaricdəki antimilli ünsürlərin Avropanın və ABŞ-ın qaranlıq dairələrinin yanında olması müəyyən suallar doğursa da, gözlənilən hal olaraq qəbul edilir. Çünki Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər və onlarla eyni maraqları bölüşən xaricdəki antimilli ünsürlər Qərbin maliyyə fondlarından qrantlar alır, özlərinin və yaxınlarının maddi imkanlarını bir qədər də yaxşılaşdırırlar. Hazırda İsveçrədə yaşayan Müsavat partiyasının keçmiş üzvü Elbəyi Həsənli iddia edir ki, Qərbin Azərbaycandakı siyasi partiyalara qrant verməsi köhnə, özü də lap köhnə söhbətdir. Qərb eyni işi Azərbaycan kimi onlarla ölkədə həyata keçirir. Məsələn, qulağımızın dibində olan Gürcüstan və Ermənistan qrantların hesabına neçə dəfə ölkə qarışıb, inqilablar baş verib: “Yada salıram: Qrant alan “feministlər” Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovu söyürdülər. Bir müddət Azərbaycanda “sülh göyərçinləri” Ermənistanın müdafiəsinə qalxmışdı. “Sülh tərəfdarları” Laçın-Xankəndi yolunda hökumətə bağlı qüvvələrin 10 ay davam edən aksiyasına da etiraz edirdilər. Qərbin maliyyələşdirdiyi yerli "vətəndaş cəmiyyəti" min bir oyundan çıxır. Elə həmin “sülh tərəfdarları” Ukrayna-Rusiya müharibəsinin dayandırılmasını istəmirdi. Çünki Qərbə bu lazım deyildi. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda "Kapitan Qrantın Uşaqları" çoxdur. Qərb sadəcə siyasətçilərimizi yox, mediamızı da özəlləşdirmək istəyir. Sirr deyil ki, Azərbaycan mediası total şəkildə iqtidarın nəzarətindədir. Bu tendensiya Qərbin maraqlarına ziddir və bu problemi aradan qaldırmaq üçün "Abzas Media", "Kanal 13", "Toplum TV" və bu tip media mərkəzləri yaradıb. Ancaq iqtidar Qərbin uzantısı hesab etdiyi bu media quruluşlarına qarşı son dərəcə radikal addımlar atmaqla onları susdurub”.

“Qərb haqlı olaraq qrant verdiyi adamları öz agenti hesab edir”

Faktlara istinad etməklə bəzi aydın təfəkkürlü, sağlam düşüncəli insanlar reallıqdan çıxış edirlər. Elbəyi Həsənlinin də mövqeyi bu səpkidəndir. Dağıdıcı müxalifət isə haqqı deyəni satqın, ədalətli mövqe sərgiləyəni isə xəyanətkar hesab edir. E.Həsənli də mövcud reallığı dilə gətirdiyi üçün dağıdıcı müxalif ünsürlərin hədəfinə çevrilib. Bu barə də narahatlığını E.Həsənli özü qeyd edir: “O gün bir status yazmışdım. Ev dustaqlığına buraxılmış Qubad İbadoğlunun ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşünə etiraz etmişdim. Yazmışdım ki, Amerika yenə də Azərbaycandakı siyasətçilərin əli ilə ölkəmizə qarşı xoş olmayan planlarını həyata keçirir”.

E.Həsənli yazır ki, Qərb haqlı olaraq qrant verdiyi adamları öz agenti hesab edir: “Mən istəmirəm ki, Qubad İbadoğlu hansısa imperialist bir ölkənin agenti olsun. Eləcə də Qərbdən qrant alan digər Azərbaycan siyasətçilərini Qərb öz “peşkası” saymasın, saya bilməsin...”

E.Həsənli keçmiş əqidə dostlarını qınayır və qeyd edir ki, Qubad bəyin tərəfdarları ona deyir ki, ortaya fakt qoy ki, Qubad bəy qarant alıb: “ Bu da sizə fakt. 2024-cü ilin fevralın sonda Qubad bəyə qarşı yeni ittihamlar irəli sürülüb. Daha doğrusu, 2016-cı ildə araşdırılmış istintaq materiallarına yenidən qaydıblar. Həmin materiallara əsasən Qubad bəyin bir vaxtlar rəhbərlik etdiyi "İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi dövlət vergisindən yayınıb. Söhbət 130 min 900 manatdan gedir. Bu barədə Qubad bəyin qardaşı Qalib Bayramov mediaya açıqlamasında deyib. Özünüz düşünün ki, 130 min vergidən yayınma varsa, görün o, nə qədər qrant alıb”.

Söz yox ki, Q.İbadoğlu düşüncəsində olub, onun kimi eyni qazandan bəhrələnən trollar mövcud faktlar qarşısında geri çəkilməyəcəklər. Əksinə, özlərinin haqlı olduğunu göstərmək üçün vay-şüvən qoparacaqlar. Ümumiyyətlə, görünən ondan ibarətdir ki, dağıdıcı müxalifət düşərgəsində təmsil olunan irili-xırdalı bütün məxluqat haqq işığına düz baxmaqdan çəkinirlər. Çalışırlar ki, hər cür çirkin vasitə və üsullardan istifadə etməklə özlərinin bəd əməllərinə don geyindirsinlər. Ə.Kərimli, C.Həsənli və onların ətrafında olan trollar dəfələrlə oğurluq başında yaxalanıblar. Lakin “oğru elə bağırdı ki, doğrunun bağırı çatladı” məsələni əsas götürən dağıdıcı ünsürlər həqiqəti söyləyənləri təhqir etməklə özlərinin murdar əməllərini ört-basdır etməyə cəhd edirlər. Bu da onların xüsusi hiyləgər dərs aldıqlarını göstərir.

Ə.Kərimli paylaşdığı statusunda iddia edir ki, Baratın başçılığı ilə keçirilən aksiyalar Ermənistanın demokratik imicinin möhkəmlənməsinə xidmət edir

Azərbaycanın dağıdıcı müxalifətinin xarici fondlarla iş birliyinə dair yeni-yeni faktlar üzə çıxdıqca sosial şəbəkələrdəki Kərimlinin trol dəstəsi daha geniş formada dezinformasiya xarakterli informasiyaları yaymağa yer ayırırlar. Bəzən o dərəcədə təsir altında olurlar ki, dəxli olmayan, mövzudan uzaq olan fikirlər səsləndirib, mövqe ifadə edirlər. Əli Kərimli, Fuad Qəhrəmanlı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri indidə deyirlər ki, “Sərbəst toplaşmaq azadlığı pozulur”, “ölkədə siyasi məhbuslar var” və bu kimi digər cəfəng iddialar irəli sürüb, fikirlər səsləndirirlər. Çərənləməyə və boşboğazlıq etməyə söz tapmayanda “Zəngəzur dəhlizi” mövzusundan danışırlar, deyirlər ki, Zəngəzur dəhlizi nə zaman açılacaq. Bundan əvvəl pafoslu şəkildə özlərini ağıllı göstərməyə çalışaraq bildirirdilər ki, “Rus sülhməramlılara nə zaman Qarabağdan çıxacaq”, “Niyə Qazaxın işğalda olan 4 kəndi qaytarılmır?” deyirdilər. Rus sülhməramlıları ölkəmizin ərazisini tərk etdi, Qazağın işğal altında olan 4 kəndi də Azərbaycana qaytarıldı. Dağıdıcı müxalif ünsürlər ağızlarını açıb, yanlış mövqelərinə görə fikir ifadə etmədilər. Üzr istəmək mədəniyyətindən də uzaqdılar. Çünki abır-həya deyilən məfhum onlar üçün yaddır. Həm də müstəqil deyillər, erməni lobbisinə bağlıdılar. Bağlı olduqları üçün erməni keşişi Baratdan sitatlar gətirir, onun fəaliyyətini təbliğ edirlər. Hətta AXCP və Milli Şuranın mayın 19-na planlaşdırdığı aksiyanın Barata dəstək aksiyası olması ehtimal edilir. Ə.Kərimli paylaşdığı statusunda iddia edir ki, Baratın başçılığı ilə keçirilən aksiyalar Ermənistanın demokratik imicinin möhkəmlənməsinə xidmət edir. Adama sual edilir, necə demokratik imicə malik dövlətdir ki, yalnız üç gün ərzində 267 nəfər aksiya iştirakçısı həbs edilib döyülüb, 4 jurnalist polis bölməsinə aparılıb, 54 nəfər haqqında cinayət işi qaldırılıb. Yəni, Ə.Kərimlinin həsədlə vəsf etdiyi erməni demokratiyası insanların döyülməsi, zorakılıqla polis bölməsinə aparılması, haqlarında cinayət işlərinin qaldırılmasıdırsa, vay olsun Ə.Kərimlinin halına.

İLHAM ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
sesqazeti.az

1Mənbələr