AZ

Bir şairi öldürdülər – Eldar Baxış

Kulis.az çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Eldar Baxışın Məhəmməd Hadiyə yazdığı məşhur şeirini təqdim edir.

Qərib nar əkər, nar əkər,
Narı nar olmaz, nar olmaz.
Qərib deyər: qərib qızdan
Mənə yar olmaz - yar olmaz:

Sünbülü qıçada qalar,
Buğdası puçada qalar,
Alması taxçada qalar,
qalar, saralmaz-saralmaz.


Kim qəribə arxa çıxar,
Qərib birdən yoxa çıxar,
Dərd əlindən dağa çıxar,
dağda qar olmaz - qar olmaz

***

Tək dedilər - təklədilər,
qanına yeriklədilər.
sonra da dərdini alıb
dağa-daşa yüklədilər,
çəkə bilmədi-bilmədi.

Əsim-əsimcə əsdilər,
öldürməyə tələsdilər
günün günorta çağında
ağacı elə kəsdilər -
kölgə bilmədi-bilmədi.

Xallandı gül - butasında.
nər qarnında - qartasında.
Bir şairi öldürdülər
bir ölkənin ortasında -
ölkə bilmədi-bilmədi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
1
kulis.az

2Mənbələr