AZ

“Qarabağ”ın qapıçısı ən yaxşılar sırasında

"Qarabağ"ın futbolçusu Andrey Lunyov Avropa Liqasında 44 seyvlə ən çox qurtarış edən 2-ci qapıçı olub.

“Football-plus.az” xəbər verir ki, rusiyalı "əlcək sahibi" bu nominasiya üzrə yalnız “Roma”nın üzvü Mil Svilerdən geri qalır. Serbiyalı qolkiper 54 seyvlə siyahıya başçılıq edir.

İlk üçlüyü 40 seyvlə “Marsel”in “çərçivə”sini qoruyan Pau Lopez qapayır.“Sparta Praqa”nın qapıçısı Peter Vindahl 36 seyvlə 4-cü, “Bayer-04”ün qolkiperi Mateyu Kovar isə 34 seyvlə 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, təmsilçimiz Avropa Liqasının 1/8 final mərhələsinə qədər irəliləmiş, “Bayer-04”ə ümumi hesabda 5:4 məğlub olaraq, mübarizəni dayandırmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
football-plus.az

1Mənbələr