AZ

Bir il supermarketin damında yaşadı, heç kimin xəbəri olmadı -VİDEO

ABŞ-də evsiz qadın bir il supermarketin damında yaşayıb və heç kimin bundan xəbəri olmayıb. xəbər verir ki, bu barədə "Oddity Central" nəşri məlumat yayıb. 

Mediada yayılan məlumata görə, 34 yaşlı qadın təsadüf nəticəsində aşkarlanıb. Supermarket işçiləri damda qəribə bir kabel xəttini aşkarlayıblar və onlar naqillərin hara getdiyini tapmağa çalışıblar. 

 Nəticədə işçilər damda reklam lövhəsinin arxasında qəhvədəmləyən və kompüterlə təchiz olunmuş otaq tapıblar.

Qadın əraziyə çağırılan polisə bildirib ki, evi olmadığı üçün bir ilə yaxındır ki, bu damda yaşayır. Bu müddət ərzində o, otaqda xırda təmir işləri aparıb, elektrik cərəyanını qoşub.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
news365.az

1Mənbələr