AZ

Aytən Səfərovadan qəzadan sonra ilk açıqlama! - Video

Aparıcı Aytən Səfərova məlum hadisədən sonra ilk dəfə açıqlama verib.

OLAY yazır ki, bununla bağlı o, instaqramda  video paylaşıb. 

Aytən onun üçün maraqlanan hər kəsə təşəkkür edib:

“Mənə xoş sözlər yazanlar. Bir çoxunuza cavab verə bilməmişəm. Hər birinizə minnətdaram. Qəzadır da. Hər kəsin başına gələ bilər. Kim istəyər ki, qəza olsun? Amma olur. Heç kim bundan sığortalanmayıb. Kimisi yazır ki, Aytən Səfərova rəhmətə gedib. Gördüyünüz kimi, sağ salamat. Amma düşdüyüm qəzada rəhmətə gedən Ayxanın məkanı cənnət olsun. Zatən cənnətdir. Allah anası Rəhiməyə, atası Sabirə, qardaşına səbr versin. Onların timsalında biz dost-ailə qazandıq. Bir çoxu yazır ki, Atən Səfərova məşhur olduğu üçün təqsir ondadır, kadrları örtbastır edir, bu iş sakit olacaq. Mənim bu sakitlikdən xoşum gəlmir. Kadrları görmüşəm. Məndə günah yoxdur.

 Ailə üzvlərimə ilk saatlarda necə demişəmsə, kadrlarda da nə var elədir. Səhər 7 radələrində işə gedirəm. 16 ildir gedib-gəldiyim, işıqforun saniyəsinə qədər bildiyim yoldur. İşıqfora yaxınlaşıram. Aydındır ki, hər kəs sürəti aşağı salır işıqfora yaxınlaşanda. 60-65 sürətlə neytrala daxil oluram. Yaxınlaşıram, qarşıdan sürətlə cip gəlir, sürətlə gəlməyi bəs deyil, dönəndə qazı basır. “Düz get” yazısı olan yerdən dönməsi, qırmızı işıqda keçməsi, hələ dönəndə məni görürsən, sən yavaşla mən qarşıdan keçim. Onda toqquşma cüzi ola bilər.   

Amma nə olur? Daha da qaza basıb maşının altına girirsən. Saniyə içində baş verir. Kadrları mən görmüşəm, istəyirəm siz də görəsiniz. Lakin kadrları götürə bilmirəm. Deyirlər, istintaq sirridir. Ana-balanı maşın vurur, bir neçə saatdan sonra kadr yayılır. İctimailəşir. Bəs, niyə bu görüntülər ictimailəşməyib? Ən azından niyə mənə verilmir? Niyə mənim adım hallanmalıdır. Zaman keçdikcə hiss edirəm ki, buradan yaxşı qoxular gəlmir. Getdikcə də kəskinləşir. Mən də ifunətin qarşısını almaq istəyirəm. Lakin heç kim təqdim etmir. Dedilər, istintaq sirridir. Biz korrupsiya ilə mübarizə aparan dövlətdə yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti dəfələrlə deyir ki, Azərbaycan Respublikasının vətəndaşlarının hüquqları tam qorunmalıdır və təmin olunmalıdır. Mən də Azərbaycan Respublikasının vətəndaşı olaraq haqqımı tələb edirəm ki, o görüntüləri ictimailəşdirin. Mən icazə verirəm ki, ictimailəşsin, xalq görsün. Mən Azərbaycan Respublikasının Prezidentinin, Baş Prokuror Kamran Əliyevin və Daxili İşlər Naziri Vilayət Eyvazovun adına müraciətlər ünvanlamışam.   Ümidvaram ki, bu məsələdə haqsızlıq olmayacaq.  Vətəndaş Aytən Səfərovanın işinə obyektiv yanaşma olacaq. Məşhurdur deyə, bunu da məsuliyyətə cəlb edək, psixologiyasından uzaq olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
olay.az

1Mənbələr