AZ

Pakistanın Narkotiklərlə Mübarizə Qüvvəsi böyük əməliyyat keçirib

Pakistanın Narkotiklərlə Mübarizə Qüvvəsi (Pakistan’s Anti-Narcotics Force -ANF) ötən həftə ölkənin tarixində xalq arasında "buz" kimi tanınan ən böyük metamfetamin partiyasını ələ keçirib.

“Arab News” xəbər verir ki, güclü və asılılıq yaradan xassələri ilə tanınan metamfetaminin, təkcə Pakistanda deyil, qlobal miqyasda istifadəsində nəzərəçarpacaq artım müşahidə edilir.

Dərmanın əlçatanlığı və artan sui-istifadəsi onun yayılmasının qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının səylərini gücləndirib.

Rəsmi açıqlamada deyilir ki, "Cəmi 224 kiloqram metamfetamin (buz) ANF qrupu tərəfindən Karaçi limanında ələ keçirilib. Əfqanıstandan Belçikaya ixrac edilən “Sabun daşı” kimi etiketlənmiş beş konteynerin içərisindəki bu qadağan olumuş maddə konteynerin damında və qapılarının altında məharətlə gizlədilib”.

Səlahiyyətlilər həmçinin, qaçaqmalçılıq cəhdində iştirak edən üç şübhəlini, o cümlədən iki Əfqanıstan vətəndaşını saxlayıb. Onlar Torkham sərhədindən Əfqanıstana qaçmağa cəhd göstərib.

AzPolitika.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
azpolitika.info

1Mənbələr