AZ

Putin Patruşevi və Dyumini yanına gətirdi

Rusiya prezidenti Vladimir Putin Adminstrasiyada yeni təyinatlarla bağlı sərəncam imzalayıb.

Publika.az
xəbər verir ki, Təhlükəsizlik Şurasının katibi postundan azad edilən Nikolay Patruşev, həmçinin, Tula qubernatoru, Putinin keçmiş mühafizəçisi Aleksey Dyumin dövlət başçısının köməkçisi təyin ediliblər.

A.Dyumin Prezident Administrasiyasında hərbi-sənaye kompleks və idman məsələlərinə nəzarət edəcək, həmçinin, Dövlət Şurasında işləyəcək. Patruşev isə gəmiqayırma məsələləri üzrə işləri koordinasiya edəcək.

Bununla yanaşı, Vladimir Medinski, Dmitri Mironov, Yuri Uşakov, Andrey Fursenko və Ruslan Edelgeriyev də prezidentin köməkçiləri təyin olunublar. Larisa Brıçeva prezidentin dövlət və hüquq şöbəsinin müdiri təyin edlib. Dmitri Kalimulin dövlət başçısının arayış idarəsinin rəhbəri, Dmitri Şalkov Kremlin nəzarət departamentinin rəhbəri, Vladislav Kitayev isə protokol rəhbəri olub.

Administrasiyanın rəhbəri Anton Vayno, müavinləri Aleksey Qromov və Sergey Kiriyenko postlarında qalıb. Dmitri Peskov Rusiya prezidentinin mətbuat katibi vəzifəsində saxlanılıb.

Asif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
4
publika.az

5Mənbələr