AZ

Prezident “Dəmir Yumruğun” anonsunu 24 il əvvəl veribmiş

Image

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin “Dəmir Yumruq” haqqında dedikləri  44 günlük II Qarabağ müharibəsində və 23 saat 43 dəqiqəlik  lokal antiterror əməliyyatlarda düşməni lərzəyə saldığı kimi, bu gün də gündəmdədir. Bunun tez-tez xatırladılması düşməni pis niyyətlərdən çəkindirməklə yanaşı, Azərbaycan xalqının da günü-gündən artan gücünün simvoluna çevrilib. Bəlkə də çoxları bilmir ki, İlham Əliyev “Dəmir Yumruğun” anonsunu indi deyil, düz 24 il bundan əvvəl verib. 

Bu yaxınlarda evdəki şəxsi arxivimi araşdırarkən, 2000 - ci il parlament seçkiləri ərəfəsi qəzetlərdə yazılmış bir fakt diqqətimi cəlb etdi. O, zaman YAP-ın proporsional siyahəsına rəhbərlik edən İlham Əliyev seçkiqabağı təşviqat kampaniyasında növbətin səfərini Bərdə və Gəncəyə edibmiş. Bu regionlarda məskunlaşmış məcburu köçkünlərlə görüşdə İlham Əliyev Qarabağ münaqişəsinin həlli ilə bağlı demişdir ki, “münaqişəni dinc yolla həll etmək mümkün olmasa, bir nəfər kimi ermənilərin başını əzəcəyik” 

Bax belə hörmətli vətəndaşlar. ATƏT-in Minsk qrupunun 27 illik yarıtmaz fəaliyyətindən cana gələn Azərbaycan Ordusu, cənab Ali Baş Komandanın rəhbərliyi ilə 24 il bundan əvvəl düşmənə bəyan etdiyi “Dəmir Yumruğu” işə salaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etdi.

Həmin dövrdə gənc siyasi liderin böyük uzaq görənliklə dediyi “münaqişəni dinc yolla həll etmək mümkün olmasa, bir nəfər kimi ermənilərin başını əzəcəyik” fikrinə şübhə ilə yanaşanlar, hətta ironik yazılar yazanlar da tapılmışdı. Yəqin indi o dövrdəki cılız mövqelərini  yaddarına salıb utanıb, xəcalət çəkərlər. Məntiqə görə  axı onlar da 2000-ci ilə nisbətən 24 il yaşlanıb, bir qədər müdrikləşməli idilər.  Yaşasın Ali Baş Komandanın rəhbərlik etdiyi qəhrəman Azərbaycan Ordusu, Yaşasın  “Dəmir Yumruq”!

Məhərrəm Paşa oğlu Zülfüqarlı  

Azərbaycan Turizm və Menecment Universiteti,  

“İctimai fənlər” kafedrası, t.ü.e.d, professor  






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
baki-xeber.com

1Mənbələr