AZ

İran husilərin arxasında gizlənə bilməz – ABŞ

ABŞ-nin BMT-dəki səfirinin müavini Robert Vud dünən Təhlükəsizlik Şurasında çıxışı zamanı İrandan Yəməndəki husilərə silah ötürülməsinin miqyasını misli görünməmiş adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, Robert Vud İranı sabitliyi pozan addımlarını dərhal dayandırmağa çağırıb.

“Əgər BMT Yəməndəki vətəndaş müharibəsinə son qoymaq istəyirsə, yekdil səslə İrana xəbərdarlıq etməlidir ki, artıq husilərin arxasında gizlənə bilməz”, – deyə, ABŞ rəsmisi əlavə edib.

Robert Vud bildirib ki, İranın BMT sanksiyalarını pozaraq, husilərə müasir silahlar, o cümlədən ballistik raketlər göndərməsini göstərən çoxlu sübutlar var.

Bununla yanaşı, o, İran tərəfindən sanksiyaların davamlı olaraq pozulmasına Təhlükəsizlik Şurasının qarşı çıxmasını və əsaslı tədbirlər görməsinin vacibliyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
nocomment.az

1Mənbələr