AZ

Buraxılış imtahanında ən yüksək bal toplayan şagirdin Ednews-a ÖZƏL MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, buraxılış imtahanında ən yüksək bal toplayan məktəblilərdən biri də Füzuli rayonu Zobucuq qəsəbəsi 33 nömrəli tam orta məktəbin şagirdi Əliyeva Sevinc Fuad qızı olub.

O, XI siniflərin buraxılış imtahanında Respublika üzrə maksimum bal yığaraq 53 şagirddən biri olmağı bacarıb. 

Ednews Sevinc Əliyeva ilə əlaqə yaradaraq onunla gələcək planları, imtahan təəssüratlarını öyrənib. Müsahibəni təqdim edirik:

0c897f82-f02d-4644-8ade-721882f87adb.jpg

-Sevinc buraxılış imtahanında ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən?

- Xəyal edirdim, amma gözlədiyimi deyə bilmərəm. Xəyal qurmaq uğurlu olmaqda kömək edir. Gərək ki, xəyal qurmağl bacarasan. 

-Təhsilini hansı universitetdə davam etdirmək istəyirsən?

- Ali təhsilimi Azərbaycan Tibb Univeristetində davam etdirmək, gələcəkdə peşəkar cərrah olmaq və insanlara layiqli xidmət etmək istəyirəm. Gələcək həyatımda uğurlu kariyera qurmaq arzu edirəm. 

-Cərrah kimi fəaliyyətini xaricdə yoxsa doğma rayonunda aparmaq istəyirsən?

-Əlbəttə ki, Füzuli rayonunda. Rayonuma çox bağlıyam. 

- Səni həmişə dəstəkləyən kim olub?

-Anam. Mənim ən böyük motivasiyanı anam verib, ona çox şey borcluyam. 

33 nömrəli tam orta məktəbin direktoru Mədinə Qasımovanın da Sevinclə bağlı  fikirlərini öyrəndik. O, bildirdi ki,Sevinc çox çalışqan və təvazökar şagirddir: 

da61d2c0-0b14-414d-a8d4-b226a3ad1bcf.jpg

“Onun zəif xüsusiyyəti odur ki, öz potensialını gizlədir. Sevinc kimi istedadlı şagirdlərimizə uğurlar arzulayıram. Peşəkar həkim kimi öz kəndinə, doğma Qacar kəndinə xidmət göstərəcək. Mən Sevinclə qürur duyacam ki, vaxti ilə məcburi köçkün qəsəbəsində təhsil almış bir uşaq indi doğma kəndinə qayıdaraq vətəninə fayda verməyə başlayıb”. 

Qeyd edək ki, Əliyeva Sevinc (keçmiş məcburi köçkün) əslən Füzuli rayonunun işğaldan azad olunmuş Qacar kəndindəndir. 

Söhbətləşdi: Aynurə İsmayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
ednews.net

2Mənbələr