AZ

Ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın əsas xarici siyasət istiqamətlərindən biridir. Eyni zamanda Azərbaycan-Bolqarıstan münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanaraq hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Hazırda, ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.

İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.
2015-ci ildən strateji tərəfdaş olan Bolqarıstan və Azərbaycan ötən dövr ərzində səmərəli siyasi dialoq əsasında bütün istiqamətlər üzrə əlaqələrin sürətli və uğurlu inkişafına nail olub.
Enerji sektorunda əməkdaşlıq sayəsində ölkələrimiz arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. Hər il Azərbaycandan Bolqarıstana nəql olunan təbii qazın həcmi artır. Ötən il Bolqarıstana 1 milyard 250 milyon təbii qaz ixrac olunub. Bu rəqəm isə Bolqarıstanın qaz istehlakının 50 faizini təşkil edir.
Bolqarıstan Azərbaycanın qazının Avropaya nəqlində həm də önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq.
“Yaşıl enerji kabeli” layihəsi istiqamətində Azərbaycan Bolqarıstanla da çox fəal iş aparır. Bu isə onu göstərir ki, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək.

Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
sesqazeti.az

1Mənbələr