AZ

Ukrayna ilk F-16 qırıcılarını bir ay ərzində təhvil alacaq

Ukrayna Hərbi Hava Qüvvələri Danimarka tərəfindən bağışlanan F-16 qırıcılarını bir ay ərzində təhvil alacaq.

“Poliqon” xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen açıqlayıb.

Danimarka ümumilikdə Ukraynaya 19 ədəd F-16 qırıcısı təhvil verəcək. Beş qırıcıdan ibarət ilk partiyanın yaxın vaxtlarda Ukraynaya çatdırılması gözlənilir.

Xatırladaq ki, Ukraynanın sabiq müdafiə naziri Aleksey Reznikov ötən il “Bild” qəzetinə verdiyi müsahibəsində ölkəsinin ilk F-16-ları 2024-cü ilin yazında təhvil alacağını bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
poliqon.az

1Mənbələr