AZ

Paşinyan: Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb

“Azərbaycanla əldə olunan razılaşmaların sülh sazişinə əlavə etməklə bu müqaviləni imzalamağın vaxtı çatıb”.

APA-nın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitindəki çıxışında bildirib.

Ermənistan hökumətinin başçısı həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası barədə razılaşmaya da toxunub. O bildirib ki, bu sənəd 1991-ci ilə aid Almatı bəyannaməsinə əsaslanır:

“Bu o deməkdir ki, delimitasiya zamanı biz sadəcə Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədləri əsas kimi götürməliyik. Almatı bəyannaməsinə əsasən, həmin sərhədlər iki ölkə arasında dövlət sərhədi kimi müəyyənləşdirilib”.

Paşinyanın sözlərinə görə, sərhədlərin delimitasiyasının başlanğıcı 2022-ci il oktyabrın 6-da Azərbaycan, Fransa, Aİ liderlərinin və onun iştirakı ilə keçirilən görüşdə əldə olunub: “Bu, Praqada baş verib. Hazırda isə bütün bu razılaşmaları sülh müqaviləsində əks etdirməyin və onu imzalamağın vaxtıdır”.

O həmçinin “Sülh kəsişməsi” layihəsinə də toxunaraq, həmin təşəbbüsün tərəflər arasında nəqliyyat əlaqələrinin bərpasına xidmət edəcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
9
apa.az

9Mənbələr