“SpaceX” Texasda sürətlə genişlənir, lakin bu sürətli artım podratçılara vaxtında ödəniş etməkdə bəzi çətinliklər yaradıb.

İndex.az xəbər verir ki, “Reuters”in məlumatına görə, şirkətdə 70-dən çox ödənilməmiş faktura olduğu üzə çıxıb.

Onlardan 41-i təkcə bu il təqdim edilib. Bildirilir ki, ödənilməmiş fakturaların cəmi 2,5 milyon dollar, “SpaceX”in dəyəri isə 180 milyard dollardır.

Əslində, bu borclar “SpaceX” üçün kiçik görünsə də, ödənilməmiş hesab-fakturalar və podratçılar arasında mübahisələr müxtəlif tikinti şirkətlərinin “SpaceX”ə qarşı girovlar açmasına səbəb olub. İlon Maska problem yaradan bu girov məsələsi “SpaceX” üçün təkcə maliyyə problemi deyil, həm də şirkətin yerli biznes ictimaiyyəti ilə əlaqələrini korladı.