AZ

SEPAH-ın "Keyhan"a "Azərbaycana cum" əmri:"İsraildən sonra növbə sizdədir!"

Zənninizcə, İran nə etdiyini, nə danışdığını hələ də anlamayanbir dövlət olmaqdan bezməyib. Hər incidildiyində onu incidənləri deyil, Azərbaycanı hədəf alması ilə siyasətində, məntiqində gülüş obyekti olmaqda davam edir.


Xatırlayırsınızsa, ötən ilin martında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) növbəti dəfə video yayaraq, Azərbaycan Respublikasını təhdid etdi. Klipdə SEPAH-ın hərbi gücü nümayiş etdirilir və komandirlərin dilindən bölgədə “hansısa geopolitik dəyişikliy”in qarşısının alınacağı deyilirdi. Qonşu ölkələrin sərhədlərində geopolitik dəyişikliklərə imkan verməyəcəyik, bu bizim qırmızı xəttimizdir”, - qeyd edilirdi.
Klipdə Ermənistan sərhədləri və Zəngəzur bölgəsi qırmızı xətlə çərçivələndiyi üçün SEPAH-ın “qırmızı xətti”nin Ermənistan olduğu məlum olurdu.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən Azərbaycanı və başqa bir neçə qonşu ölkəni təhdid edib.
Təbii ki, İran Azərbaycandan ərazi, əhalinin sayına və hərbi arsenalına görə çox böyükdür və İran 2020-cildən müharibəsindən sonra Azərbaycanı hər addımbaşı hədələməsi “kiçik” gördüyü Azərbaycanın heç vecinə də olmadı. Vətən müharibəsi zamanı İranın erməniləri müdafiə xarakterli təhdidləri nəticəsiz qaldı. Azərbaycan öz ərazisindən farsların böyük ticarət əlaqələri qurduğu separatçı və terrorçu, qanunsuz qurum olan “artsax”ı süpürüb atdı. Yəni İranın hədəsi ermənilərə heç bir təsəlli verə bilmədi. Azərbaycanın “sənin hədən və təhdidin umrumda deyil” mesajından sonra hikkəli İran qəzəfini sakitləşdirmək üçün gücü yalnız Qafanda konsulluq açmağa çatdı. Ötən ilin martında baş verən təhdid “antiterror” əməliyyatlarına bir təkan oldu və Qarabağ erməni separatizmindən tamamilə təmizləndi.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Hər şey hədəfimizdədir, ən kiçik bir səhvə yol verdiyiniz təqdirdə məhv ediləcəksiniz”, - paylaşımı artıq öz anlamını da çoxdan itirib. Çünki İsrailin kəşfiyyat dronlarının İranın ən böyük şəhərlərində ən strateji obyektlərini hədəfə alaraq partlatmasından sonra İsrailə “gözün üstə qaşın var” deyə bilməsə də həmin ərəfələrdə ürəyi soyuyana qədər Azərbaycana hədə və təhdid göndərdi. Sanki partladılan obyektlər İsrailin yox Azərbaycanın əməli idi.


Əlbəttə ki, dünyanın az çox siyasətdən başı çıxan insanlarının İranın bu rəzilliyinə gülməsi adi hal oldu. .İsrailin dəfələrlə İrana qarşı hücumları , daha doğrusu, İran ordusunun Suriya ərazisində yerləşən qərargahlarını, hərbi və ticari obyektlərini bombalamasına yalnız partlamayan bir –iki raketlə cavab verməsi İranı rəzillik durumundan nəinki çıxartmadı , əksinə daha gülünc görkəmə saldı.
Düşünmək olar ki, özünün görünüşündən xəbərdar olan İran artıq susar və Azərbaycanı hədələməkdən vaz keçər və nəhayət düzgün hədəfləri seçər.
Amma belə deyil. İran gülünc olmaqda davam edir. Bu dəfə İran rəhbəri Əli Xameneinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzeti Azərbaycanı hədələyib. Əvvəlcə ““Keyhan” qəzeti haqqında məlumat verək, sonra keçərik xəbərə: Deməli, qəzetin baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub. Burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir. Məsələ aydın oldumu?
“Keyhan” qəzeti Qəzza məsələsi ilə bağlı dərc etdiyi məqalədə Azərbaycan Respublikasına qarşı təhdidamiz ifadələr işlədib. Məqalənin sərlövhəsi də adama lap qəhqəhə atdırır: “Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!".

Məqalənin müəllifi Məsud Əkbəri İsrailin enerji ehtiyacının yarıdan çoxunun Azərbaycan nefti hesabına təmin olunduğunu vurğulayandan sonra bildirilib ki, Asiyadan Hind okeanı-Ədən körfəzi-Bab əl-Məndəb boğazı və Qırmızı dəniz marşrutu vasitəsilə İsrailin Eylat limanına mal daşınmalarının qarşısı husilər tərəfindən alınır:
“Qeyd etdiyimiz başqa bir strateji marşrut var, o isə Bakı-Tiflis-Ceyhan kəməridir. Bu dəhlizin pozulması sionist rejimin bütün iqtisadiyyatında böhrana səbəb ola bilər”
Xaricdə fəaliyyət göstərən İran hökumətinə müxalif ekspertlər bu dəfə də İranın bəsit və gülünc addımlarınıanaliz ediblər, eyni zamanda “Keyhan” qəzetinin bu ifadəsini kəmərə qarşı təxribat çağırışı kimi dəyərləndiriblər.
Yeri gəlmişkən bu həmin “Keyhan” qəzetidir ki, 2020-ci ildə İranın aparıcı KİV-i olaraq məqalə dərc edərək “Hayfa limanına hücum vaxtı yetişib”deyə davakar mövqe sərgiləyirdi. Təəssüf ki, 2024-cü ildə İraqdakı İranın dəstəklədiyi şiə milislər İsrailin Hayfa limanına pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiklərini açıqladılar.


Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
adalet.az

1Mənbələr