AZ

Belqorodda binanın bir hissəsinin uçması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

Belqorodda

Moskva, 14 may, AZƏRTAC

Belqorodda evin bir hissəsinin uçduğu yerdə daha iki nəfərin meyiti aşkarlanıb. Bununla da hadisə nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı RF Fövqəladə Hallar Nazirliyi yayıb.

Xatırladaq ki, mayın 12-də Rusiya Federasiyasının Belqorod əyalətinin Belqorod şəhərində 40 mənzilli yaşayış binasına mərmi düşməsi nəticəsində binanın bir blokunda yerləşən 10 mənzilin hamısı dağılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
azertag.az

1Mənbələr