AZ

Bu ölkə Ukraynaya təxminən 626 milyon dollar dəyərində hərbi yardım paketinin köçürüldüyünü açıqlayıb - » AzadMedia.az




Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya təxminən 626 milyon dollar dəyərində hərbi yardım paketinin köçürüldüyünü açıqlayıb.

Belə ki, Britaniya Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsində paylaşılan açıqlamada qeyd olunub ki, Britaniya indiyə qədər Ukraynaya ən böyük hərbi yardım paketinin transferini başa çatdırıb.

Britaniyanın Baş naziri Rişi Sunak aprelin sonunda Polşaya səfəri zamanı müvafiq hərbi yardım paketinin göndəriləcəyini açıqlayıb.

Britaniyanın müdafiə naziri Qrant Şapps da həmin vaxt verdiyi açıqlamada deyib: “Bu rekord hərbi yardım paketi prezident Zelenskiyə və onun cəsur xalqına Putini devirmək və Avropada sülh və sabitliyi bərpa etmək üçün lazım olan vasitələrdən daha çox şey verəcək”.

Bu yardım çərçivəsində Ukraynaya göndərilən 400 vasitə arasında 160 “Husky” zirehli personal daşıyıcısı, 78 amfibiya, 60 dəniz hücum və müdafiə vasitəsi var. Göndərilən 1600 hərbi təchizat arasında uzaq mənzilli “Storm Shadow” raketləri də var. ordu.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
azadmedia.az

2Mənbələr