AZ

"Qalatasaray" "Olimpiakos"un qolyadorunu transfer edir - FOTO

Türkiyənin "Qalatasaray" klubu "Olimpiakos" forması ilə liqada və Avropada vurduğu qollarla diqqət çəkən Ayoub El Kaabini heyətinə qatmaq istəyir.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Okan Buruk da transferi bəyənib və təcrübəli hücumçunu İkardinin əvəzləyicisi hesab edir.

Məlumata görə, artıq "CimBom" rəhbərliyi futbolçu üçün ilkin danışıqlara başlayıblar. Rəhbərliyin El Kaabinin meneceri ilə əlaqə saxladığı və müqavilə bağladığı iddia edilib. 30 yaşlı mərkəz hücumçunun "Qalatasaray"a gəlmək istədiyi qeyd edilib.

İyun ayında müqaviləsi bitəcək El Kaabi üçün sarı-qırmızılılar transfer haqqı ödəməyəcək. Bununla belə, futbolçu üçün müəyyən imza haqqının ödənilməsi planlaşdırılır. Əl Kaabinin illik 3,5 milyon avro civarında qonorar tələb etdiyi vurğulanıb. “Qalatasaray” idarəçilərinin bu rəqəmi azaltmağı hədəflədiyi iddia edilib.

Ayoub El Kaabi bu mövsüm "Olimpiakos"un heyətində ümumilikdə 43 oyun keçirib. Futbolçu bu matçlarda 32 qola imza atıb. O, həmçinin 2 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1
baku.ws

2Mənbələr