AZ

Gürcüstan prezidentinin qardaşı da mitinqlərə qatılıb

Gürcüstan prezidenti Salome Zurabişvilinin qardaşı Otar ölkədə xarici agentlər haqqında qanun layihəsinin qəbul edilməsinə qarşı keçirilən mitinqdə iştirak edir. News365.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 

“Mitinqdə Gürcüstan prezidentinin qardaşı da iştirak edir... Otar Zurabişvili mediaya açıqlama verməyib”, - TASS agentliyin yaydığı məlumatda deyilir.

Agentliyin müxbirinin verdiyi məlumata görə, Otar Zurabişvili digər etirazçılarla birlikdə Çiçinadze küçəsində Gürcüstan parlamentinin xidməti girişinin yerləşdiyi polis kordonunun qarşısında olub.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
news365.az

1Mənbələr