AZ

Azərbaycan çempionatında qolkiperdən qapıdan-qapıya qol

Azərbaycan çempionatında maraqlı hadisə baş verib.

İdman.biz xəbər verir ki, Əvəzedicilər liqasında qapıçı qol vurub.

Bu, XXXIV turun “Qəbələ-2” – “Sabah-2” matçında baş verib. Qonaqların qolkiperi Emil Həbibov öz qapısından birbaşa zərbə ilə rəqibi məyus edib.

Hesab 1:1 olarkən fərqlənən qapıçı komandasını 81-ci dəqiqədə irəli çıxarıb. Amma Qəbələ təmsilçisi dörd dəqiqə sonra hesaba tarazlıq gətirib – 2:2.

Qeyd edək ki, mövsümün sonuna 2 tur qalmış “Sabah-2” bürünc medalı təmin edib. İkinci olan “Qəbələ-2” isə çempionluq üçün mübarizə aparır.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
3
idman.biz

4Mənbələr