AZ

Fransada yol qəzalarına qarşı "Qadın kimi sür" kampaniyasına start verilib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransada yol qəzalarında ölən və ya yaralananların hüquqlarını müdafiə edən "Victimes et Citoyens" (Qurbanlar və Vətəndaşlar) dərnəyi "Qadın kimi sür" adlı kampaniyaya başlayıb.

Kişilərin daha yaxşı sürücü olduğuna dair davam edən chr("39")misogynistchr("39") anlayışı ilə mübarizə aparmaq istəyən dərnək, "Bu qərəzli fikrin heç bir əsası olmadığını görmək üçün rəqəmlərə baxmaq kifayətdir" dedi və ölümlə nəticələnən qəzaların yüzdə 84-ünün səbəbinin kişi sürücülər olduğunu vurğuladı. 

Bildirilib ki, paytaxt Parisdə metro dəhlizlərində və internetdə həyata keçirilən kampaniyanın məqsədi "kişi sürücülər arasında maarifləndirmək, mentalitet və dolayısı ilə davranış dəyişikliyinə səbəb olmaq" olub.

Fransada yol-nəqliyyat hadisələri, xəsarət alanlar və ölüm halları ilə bağlı hərtərəfli statistik məlumat verən Yol Hərəkəti Təhlükəsizliyi üzrə Nazirliklərarası Milli Monitorinq Agentliyi (ONISR) müəyyən edib ki, 2022-2023- cü illər arasında sərxoş sürücülərin 93 faizi və ölən gənc sürücülərin 88 faizi kişilərin payına düşür. 

ONISR-in hesablamalarına görə, 2023- cü ildə Fransa yollarında 3170 nəfər həyatını itirib, lakin ilin əvvəlindən ölüm hallarında artım var. Mart ayında yollarda 254 nəfər həyatını itirib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 31 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
olaylar.az

1Mənbələr