AZ

"Cənnətə gedəcəkdi" vətəndaşlıqdan da oldu

Azərbaycandan Suriyaya gedərək terror təşkilatına qoşulan daha bir nəfər məhkəmə qarşısına çıxarılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Kamran Azər oğlu Nağdəliyev Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrə üzv olma) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Onun barəsindəki işə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə Kamranın valideyni bildirib ki, oğlu "cənnətə gedəcəyini" zənn edərək Suriyaya gedərək terror təşkilatına qoşulub. O, həmin vaxt arvadını və 4 övladını da özü ilə aparıb. Lakin 2014-cü ildə Kamranın ailəsi Türkiyədən Azərbaycana deportasiya edilib. Daha sonra isə Kamran ölkəyə qayıdıb. 2023-cü ildə isə onun xaricdə teror təşkilatının üzvü kimi döyüşlərdə iştirak etməsi məlum olub və barəsində cinayət işi açılıb.

Həmçinin 2023-cü ildə Kamran Nağdəliyevin Azərbaycan vətəndaşlığından məhrum edilməsi barədə qərar çıxarılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 8 may 2024-cü il tarixli hökmü ilə isə K.Nağdəliyev 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
2
publika.az

3Mənbələr