AZ

Türkmənistan qazı Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəql ediləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkmənistandan Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə təbii qaz nəql ediləcək.

Banco.az xəbər verir ki, Türkiyə ilə Azərbaycan arasında Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə nəqli üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

İstanbulda keçirilən imzalanma mərasimində çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar razılaşmanı belə şərh edib:

“Bu razılaşma ilə Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik. Bu qış Naxçıvana təbii qaz Türkiyə vasitəsilə çatdırılacaq. Biz bu xətti (İğdır-Naxçıvan) tez bir zamanda istifadəyə verməyi planlaşdırırıq.”

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
banco.az

1Mənbələr