AZ

Varandan "Mançester Yunayted" azarkeşlərinə müraciət

"Mançester Yunayted"in mərkəz müdafiəçisi Rafael Varan klub azarkeşlərinə vida nitqi ilə müraciət edib.

90deqiqe.Az fransız futbolçunun müraciətini təqdim edir:

“Mən bu kluba və onun azarkeşlərinə aşiq oldum. “Mançester Yunayted”in əhəmiyyətini başa düşmək üçün bu komandada oynamaq lazımdır. Mövsümün son ev oyunu üçün Old Traffordda görüşək. Bu, mənim üçün çox emosional gün olacaq”, - deyə Varan “Mançester Yunayted”in rəsmi saytı tərəfindən sitat gətirilib.

Daha əvvəl mankunianlılar fransalının yayda azad agent kimi komandadan ayrılacağını rəsmən açıqlamışdı.

Varan "Mançester Yunayted"də 3 mövsüm keçirib və komanda ilə bir kubok - Liqa Kuboku qazanıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
90deqiqe.az

1Mənbələr