AZ

Niyə qida rasionuna kivi əlavə etməliyik?

Araşdırmalara görə, kivi yemək orqanizm üçün çox faydalıdır.

Lent.az xəbər verir ki, tərkibindəki vitamin, mineral və digər faydalı maddələrə görə, kivi 27 meyvə ilə müqayisə edilib.

C, E vitaminləri, antioksidantlar və bir sıra faydalı maddələrlə yanaşı kivinin tərkibində pəhriz lifi və fol turşusu var. Alimlər hesablayıblar ki, meyvənin orta hesabla iki porsiyasında bir banan qədər kalium var.

Amma ən maraqlısı odur ki, kivinin tərkibində praktiki olaraq heç bir kalori yoxdur. Buna görə də meyvənin yaşlı insanların pəhrizinə daxil edilməsi tövsiyə olunur.

Kivi müntəzəm olaraq istehlak edildikdə sümükləri və qan damarlarını gücləndirir, həzmi yaxşılaşdırır, orqanizmi təmizləyir.

Bundan əlavə, kivi qanda xolesterinin səviyyəsini normallaşdırır, sağlamlığı yaxşılaşdırır, dəri və normal yuxu üçün faydalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
medianews.az

1Mənbələr