AZ

Rusiya 104 illik taktikanı işə salır: Putin tezliklə göstəriş verəcək

Qərb ölkələrinin hərbi və kəşfiyyat orqanları açıq şəkildə bildirirlər ki, Rusiya Ukrayna ilə müharibədə qalib gəlməyə başlayıb. Rusiyalı hərbi ekspert Mixail Kodarenokun sözlərinə görə, Rusiya 104 illik uğurlu “Dərin Hücum” taktikası ilə həmişə qalib gəlir.

Publika.az xəbər verir ki, NATO-ya üzv ölkələrin kəşfiyyat xidmətlərindən tutmuş ABŞ Müdafiə Nazirliyinə qədər Rusiyanın müharibədə qalib gəldiyi xəbərlərdə açıq şəkildə əksini tapıb.

Cari məsələ bu yaxınlarda ABŞ-da yerləşən “The Defence Post” və nüfuzlu iqtisadi xəbər orqanı “Business Insider” tərəfindən gündəmə gətirilib. KİV-lərə danışan və ABŞ xarici kəşfiyyat xidməti CIA-ya yaxınlığına görə ictimaiyyət arasında “Kölgə CIA” kimi tanınan Rand analitik mərkəzinin ekspertlərinin fikrincə, Rusiya oyunu "kitabına görə" oynadığı üçün Ukraynaya qarşı müharibədə artıq qalib gəlib.

Nəticəsiz qalmayan taktikalar

ABŞ mətbuatında yer alan məlumata görə, Rusiya ordusu öz əsgər və komandirlərini 1920-ci illərdən bəri dəyişməmiş bir taktika ilə hazırlayır. Bu taktika isə “heç vaxt uduzmur”. Hərbi və kəşfiyyat ekspertləri 2020-ci ildə Rusiya ordusu tərəfindən yenilənən və 280 səhifəlik “müharibə planı”na çevrilən sənədə ötən ildən əməl olunduğunu bildirirlər.

Ekspertlərin fikrincə, bu sənəd Rusiyanın 1920-ci illərdən bəri dəyişməmiş hücum taktikasına əsaslanır. İndi bütün dünyada Rusiyanın döyüşdə taktiki çərçivədə qalib gəldiyi açıq-aydın bəyan olunsa da, tarixdə həmişə uğurlu olan “Dərin hücum” adlı taktikanın təfərrüatı və gələcək taleyi maraqlıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
publika.az

2Mənbələr