AZ

TƏBİB-in tibb müəssisələrində icbari tibbi sığorta ilə vətər və əzələ köçürülməsi mümkündür

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində icbari tibbi sığorta ilə vətər və əzələ köçürülməsi mümkündür.
 
Aztibb.az-ın xəbərinə görə, icbari tibbi sığortanın Xidmətlər Zərfinə edilən son əlavə və dəyişikliklərə əsasən artıq vətər və əzələ köçürülməsi də ödənişsizdir.
 
Bu əməliyyatın icrası müraciət etdiyiniz hər hansı dövlət xəstəxanasında mümkün olmadıqda icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrinə göndəriş verilir.
 
Qeyd edək ki, Xidmətlər Zərfində təminata alınmış əməliyyatlar sırasına anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər də əlavə olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
aztibb.az

1Mənbələr