AZ

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxslərə hökm oxundu

Bakıda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nəzər Hüseynov və Mustafa Məmmədova hökm oxunub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, ötən prosesdə prokuror Orxan Mehdiyev məhkəmədən Mustafa Məmmədovun 12 il, Nəzər Hüseynovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri əməliyyat zamanı Hüseynov Nəzər Bəxtiyar oğlu və Məmmədov Mustafa Əmir oğlu saxlanılıblar. Onlardan ümumilikdə 60 kq-a yaxın narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.

Onlar barəsində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
37
e-huquq.az

10Mənbələr