AZ

Nazirin müşaviri pensiya yaşı ilə əlaqədar vəzifəsindən azad olunub

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə pensiya yaşına çıxması ilə əlaqədar nazirin müvafiq əmri ilə vəzifəsindən azad olunub. Bu barədə report agentliyi yazıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən faktı anews.az-a təsdiq ediblər və bildirilib ki, Səttarzadə ilə bağlı bu qərar yaş həddinin 65 olması ilə bağlı verilib. 
 
Rasim Səttarzadə 2021-ci ildən etibarən nazirin müaviri vəzifəsini icra edirdi. 
 
Gülnar 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
anews.az

1Mənbələr