AZ

Parlamentari: Bu gün sülhə mane olanlar vaxtilə ATƏT-in Minsk Qrupuna həmsədrilik edənlərdir

"Prezident İlham Əliyev Şuşa sakinləri ilə görüşdə etdiyi çıxışda regional sabitliyin və təhlükəsizliyin təmin olunmasına yönəlmiş  mühüm məqamlara toxunub.  Ölkə başçımız Şuşanın işğaldan azad olunmasının əhəmiyyətinə, əsgərimizin göstərdiyi qəhrəmanlığına və Ermənistanı döyüş meydanında kapitulyasiya sənədinə imza atmağına məcbur etdiyimizi qeyd edərək bu gün bizim yenidən müharibəni istəmədiyini vurğulayıb. Həm də ikirərəfli formatda keçirilən danışıqlar prosesinin müsbət nəticələr verdiyini qeyd edən ölkə başçımız regionda sülhün yaranmasına mane olmağına çalışan və ermənilərə yenidən revanşizm ruhunu verənlər açıq şəkildə mesajlar göndərib".

 Bu sözləri millət vəkili Azər Badamov “Sherg.az”a açıqlamasında deyib.  

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin çıxışındakı bəzi mesajlar Ermənistana, bu ölkənin havadarlarına, Ermənistanın cinayət əməllərini, təxribatçı mövqeyini dəstəkləyən bütün dövlətlərə ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir. Dövlət başçısı bildirdi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə, yox torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların fəaliyyətsizliyi təsadüfi deyildi və məsələni həll etmək istəmirdilər. Çünki bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin:
 “Bu gün regionda sülhün və sabitliyin yaranmasına mane olanlar da  vaxtilə ATƏT-in Minsk Qrupuna həmsədrilik edərək torpaqlarımızda erməni işğalını əbədiləşdirməyə çalışanlardır. Amma Azərbaycan inkişaf etdi, ordusnu gücləndirdi və döyüş meydanında torpaqlarını işğalçılardan təmizlədi. Bütün dünya Azərbaycan ordusunun gücünü görmüşdür. Amma ABŞ və Fransa Ermənistanı dəstək adı ilə ruhlandıraraq sülhdən uzaqlaşdırır. Xüsusilə Fransa Ermənistana öldürücü silahlar verir. O cümlədən Ermənistanda baş verən hökumətə etiraz aksiyaları, radikal müxalifətin səsləndirdiyi düşmənçilk fikirləri və Fransanın verdiyi silahlar ölkəmiz üçün yenidən potensiaal təhlükə mənbəyinə çevrilərsə ordumuz tərəfindən məhv ediləcəkdir. Ölkə başçımızın siyasəti açıqdır. Ona görə də tribunalardan qarşı tərəflərə açıq şəkildə mesajları göndərir və baş verə biləcək hadisələrin nəticələri necə ola biləcəyi ilə bağlı xəbərdar edir. Ona görə də Ermənistan dövlət başçımızın səsləndirdiyi fikirlərdən nəticə çıxarmalı və yenidən müharibə təhlükəsi yaradacaq hərəkətlərdən uzaqlaşmalıdır. Əks halda bu onlar üçün çox ağır nəticələnəcəkdir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
sherg.az

1Mənbələr