AZ

Millimizin Dünya kuboku üçün HEYƏTİ - FOTO

Azərbaycan millisinin akrobatika gimnastikası üzrə Dünya kuboku üçün heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, Portuqaliyanın Maya şəhərində keçiriləcək yarışda 10 idmançı təmsil edəcək.

Qarışıq cütlərin yarışında Ağasif Rəhimovla Raziyyə Seyidli və Sabir Ağayevlə Milana Əliyeva mübarizə aparacaqlar. Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet kişi cütlərin yarışına qatılacaq. Kişilərdən ibarət qrupların mübarizəsində isə Riad Səfərov, Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Rəsul Seyidlinin yer aldığı komandamız çıxış edəcək. Gimnastlarımız yarışa məşqçilər İradə Qurbanova və Leyla Əliyevanın rəhbərliyi altında qatılacaqlar.

Qeyd edək ki, mayın 17-də start götürəcək yarışa ayın 19-da yekun vurulacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
idman.biz

2Mənbələr