AZ

Paşinyan xanım baş nazirə Ermənistan-Azərbaycan sülh prosesindən danışdı

Danimarka Krallığında işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkənin baş naziri Mette Frederiksen ilə görüşüb.

Modern.az xəbər verir ki, baş nazirlər Ermənistan və Danimarka arasında multidissiplinar əməkdaşlıq məsələlərini müzakirə ediblər. Mette Frederiksen Ermənistanın baş nazirinin Kopenhagenə səfərini alqışlayıb, Danimarkanın Ermənistanla əməkdaşlığı inkişaf etdirməyə və genişləndirməyə hazır olduğunu vurğulayıb.
Paşinyan səmimi qonaqpərvərliyə görə təşəkkür edib və əlaqələrin inkişafı üçün ardıcıl addımların atılmasının vacibliyini vurğulayıb.

Beynəlxalq və regional gündəlikdə duran bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi də vurğulanıb.

Nikol Paşinyan həmsöhbətini Ermənistanla Azərbaycan arasında sülh prosesi və Cənubi Qafqaz regionunda mövcud vəziyyətlə tanış edib. Regional kommunikasiyaların işə salınması kontekstində baş nazir Ermənistan Respublikası hökumətinin “Sülh kəsişməsi” layihəsinə toxunub. Həmçinin Ermənistan-Avropa İttifaqı əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

Nikol Paşinyan Danimarkanın baş naziri Mette Frederikseni Ermənistana rəsmi səfərə dəvət edib. Xanım Frederiksen dəvəti qəbul etdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
50
modern.az

10Mənbələr