AZ

Sahibə Qafarova ilə Alen Simonyanın görüşü planlaşdırılır

Mayın 15-18-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın görüşməsi planlaşdırılır. Bu barədə Ermənistan KİV məlumat yayıb.
 
Bildirilib ki, Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Ümumdünya Konfransının hazırlıq komitəsinin iclasında iştirak etmək üçün Cenevrədə işgüzar səfərdə olacaq. 
 
Görüşün məhz bu səfər zamanı baş verməsi planlaşdırılır.
 
Azərbaycan Milli Məclisinin mətbuat xidməti görüşlə bağlı xəbəri nə təsdiq, nə də təkzib etmədi.
 
Bundan öncə, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində hər iki dövlətin parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.
 
Görüş zamanı Azərbaycan və Ermənistan arasında davam etməkdə olan sülh danışıqlarına iki ölkənin parlamentinin sülh prosesinə hansı dəstəyi göstərə bilməsi ilə bağlı məsələlərə nəzər yetirilib, daha sonra parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəlinib.
 
Aygün Mirakif
 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
anews.az

1Mənbələr