AZ

Ekoloq: Ətraf mühitə atılan tullantılar nə vaxtsa onların özünə dəyən bir zərbə olacaq

"Hadisə dünən axşam saat 20 radələrində baş verib və qəfil gələn sel suları avtomobil yolunun tikinti aparılan hissəsinə dolub".
Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, qısa zaman ərzində sel sularının istiqaməti dəyişdirilib və problem aradan qaldırılıb:
"Suyun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Nəqliyyatın hərəkətində yaranmış problem aradan qaldırılıb".

Ekoloq Rövşən Abbasov “Sherg.az” bildirib ki, İsmayıllı-Qəbələ yolunda əsas çay Göyçay çayıdır:

“Göyçay, Girdman və Dəmiraparan çaylar çox yüksək dərəcədə sellərin müntəzəm olaraq müşahidə olunduğu çaylardır. Bunların gətirdiyi iri sel həmişə təsərrüfata və insanlara ziyan vurub. Bu sellər hər zaman gözləniləndir. Selləri qarşılamağa hazırlaşmaq üçün müxtəlif idarəetmə strategiyaları işlədilməlidir ki, bu cürə hadisələr baş verdikdə onların fəsadı mümkün qədər aşağı olsun. Bəzən selləri proqnoz etmək çətin olur. Xüsusən Azərbaycanın bəzi kənd yerlərində plastik tullantıların yığılması və toplanması ilə bağlı çox ciddi problemlər var. İnfrastruktur çatışmazlığı və zibil toplama məntəqələri azdır. Avtomobillər yoxdur ki, zibilləri vaxtında toplayıb həmin məntəqələrə gətirilsin və orada emal edilsin. Bu qısa müddət ərzində də həllini tapan məsələlərdən deyil. Yalnız Azərbaycan vətəndaşlarına səslənirəm ki, ekoloji baxımdan məlumatlı olsun və başa düşsünlər ki, ətraf mühitə zibil atmaq olmaz. Plastik tullantılar biomüxtəlifliyədə ciddi ziyan vurur. Bəzən vəhşi heyvanların mədəsinə düşən plastik torbalar onların ölümünə səbəb olur. Xüsusilə kənd yerlərində insanlar başa düşməlidirlər ki, ətraf mühitə atılan tullantılar nə vaxtsa onların özünə dəyən bir zərbə olacaq. Ətraf mühit plastikləri sevmir və emal etmir. Mümkün qədər bizim insanlar bu barədə diqqətli və savadlı olsunlar.”
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
sherg.az

1Mənbələr