AZ

ABŞ-dən Rusiyaya daha bir qadağa

ABŞ prezidenti Co Bayden Rusiyadan ABŞ-yə uranın idxalını qadağan edən qanunu imzalayıb. 

Ölkə.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bayden “Rusiya Federasiyasında və ya Rusiya şirkəti tərəfindən istehsal olunan şüalanmamış, az zənginləşdirilmiş uranın idxalını qadağan edən” qanunu imzalayıb.

Bununla bağlı Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Rusiyadan uranın idxalına qadağa ABŞ-yə dinc nüvə enerjisi sahəsində Rusiya Federasiyasından asılılığı aradan qaldırmağa imkan verəcək.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
olke.az

10Mənbələr