AZ

"1,7 milyon köçürməliyik" deyib kartındakı 7 mini ələ keçirdilər

 Azərbaycan vətəndaşı kiberdələduzluğa məruz qalıb.

"Unikal" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

"Dünən bir vətəndaşa Suriya nömrəsindən zəng gəlib ki, burada 1 milyon 700 min dollar pul var, onu Azərbaycana köçürə bilmirik. Bank kart məlumatlarını bizə verin, ora göndərək, 700 min sizin olacaqdır. Sizinlə orada əlaqə saxlanılıb 1 milyon dolları təhvil alacaqlar. Vətəndaş bütün məlumatları həmin şəxsə verib, 5 saniyə ərzində bank kartında olan 7377 manat pul çıxarılıb".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
28
unikal.az

10Mənbələr