AZ

Azərbaycan millisi Neftçalada nümunəvi çıxış edəcək

Bədii gimnastika üzrə Azərbaycan millisi Neftçalada nümunəvi çıxışlar edəcək.

İdman.biz xəbər verir ki, bu, mayın 17-də Neftçala Olimpiya Kompleksində baş tutacaq.

Həm qrup hərəkətləri üzrə komanda, həm də fərdi çıxış edən gimnastlar öz kompozisiyalarını göstərəcəklər. Yığmamız üçün bu çıxış Avropa çempionatı öncəsi məşq xarakteri daşıyacaq.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdəki qitə çempionatı mayın 22-də start götürəcək.

İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
idman.biz

1Mənbələr