AZ

ABŞ-nin hərbi yardımı artıq Ukraynaya çatıb - Ağ Ev

“ABŞ Konqresinin təsdiq etdiyi 60,8 milyard dollarlıq hərbi yardım paketinin bir hissəsi artıq Ukraynadadır”.


Missiya.Az “BBC”yə istinadən xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.


“Bu texnikanın bir hissəsi artıq döyüş meydanındadır. Onların bir hissəsi isə bu həftə döyüş meydanında görünəcək”, - deyə siyasətçi vurğulayıb.


Sallivan həmçinin təsdiqləyib ki, Birləşmiş Ştatlar Ukraynaya daha çox Patriot hava hücumundan müdafiə sistemləri tədarük etməyə çalışır.



Daşqın Həsənov
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
missiya.az

1Mənbələr