AZ

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirib

Avropa İttifaqı (Aİ) hərbi münaqişələrin iştirakçılarına pilotsuz uçuş aparatları tədarük etdiyinə görə İrana qarşı sanksiyalarə genişləndirib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki,  Aİ indi İran raketlərini və PUA-larını tədarük edən, satan və ya başqa şəkildə təhvil verən fiziki şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq etmək imkanına malikdir.

Sanksiyalar çərçivəsində İranın raket tədarükçülərinin Aİ-yə girişi qadağan ediləcək və onların aktivləri dondurulacaq. Bundan əlavə, sanksiya tətbiq edilən fiziki və ya hüquqi şəxslərə birbaşa və ya dolayı yolla vəsait və ya iqtisadi resursların verilməsi qadağandır.

İHA-ların hazırlanması və istehsalında istifadə olunan əlavə komponentlərin Aİ-dən İrana ixracı da qadağandır.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
iqtisadiyyat.az

1Mənbələr