AZ

Bu gün Yerin çox yaxınlığından asteroid keçib

Rusiyalı astronom Gennadi Borisov tərəfindən yeni asteroid kəşf edilib. Mayın 14-də göy cismi Yerə çox yaxın məsafədə yaxınlaşıb.

Qaziler.az bildirir ki, bu barədə Borisov “İzvestiya”ya məlumat verib.

Borisovun kəşflə bağlı mesajından sonra dünyanın müxtəlif ölkələrində 10 rəsədxana asteroidi müşahidə etməyə nail olub və Beynəlxalq Kiçik Planet Mərkəzi səma cisminə 2024JN16 adını verib.

Asteroidi adi gözlə görmək mümkün olmazdı, çünki onun ölçüsü 2-7 m-dir.

2024JN16 asteroidi Yerin cəmi 20 min km məsafəsindən keçib. Səma cismi planetə yaxınlaşdıqdan sonra orbitini dəyişib. Borisovun qeyd etdiyi kimi, bu asteroidin Yer ətrafında fırlanma müddəti 1,25 ildir. Bu o deməkdir ki, onun planetə növbəti dəfə yaxınlaşması gələn ilin yayın sonunda təsadüf edəcək. Daha sonra belə bir yaxınlaşmanı 2026-cı ilin payızının sonunda gözləmək olar.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
qaziler.az

1Mənbələr