AZ

Avropa İttifaqı PUA-lara görə İrana sanksiya tətbiq edəcək

Avropa İttifaqı Şurası hərbi münaqişələrin iştirakçılarına PUA tədarük etdiyinə görə İrana tətbiq etdiyi sanksiyaları genişləndirib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, Avropa İttifaqı İran raketləri və PUA-larını tədarük edən, satan və bu prosesə daxil olan şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq etmək imkanı qazanıb.

Sanksiyalar çərçivəsində İranın raket tədarükçülərinin Avropa İttifaqı ölkələrinə girişi qadağan ediləcək və onların aktivləri dondurulacaq. Bundan əlavə, sanksiya tətbiq edilən fiziki və ya hüquqi şəxslərə birbaşa və ya dolayı yolla vəsait və ya iqtisadi resursların verilməsi qadağandır. PUA-ların hazırlanması və istehsalında istifadə olunan əlavə komponentlərin Aİ-dən İrana ixracı da qadağandır.

Avropa İttifaqı hesab edir ki, İran Ukraynadakı hərbi münaqişədə Rusiyaya dəstək verir. Eyni zamanda, Yaxın Şərq və Qırmızı dəniz bölgəsindəki silahlı qruplaşmaları silahla təmin edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
ikisahil.az

1Mənbələr