AZ

Bu məhsullar uşaqlarda piylənmə yaradır - Valideynlərin DİQQƏTİNƏ!

Meyvə və süd məhsullarından hazırlanmış məmulatların istehlakı şokolad və şirin yoqurtlardan istifadə ilə müqayisədə uşaqlarda piylənməyə daha az səbəb olur. 

 

Sfera.az xəbər verir ki, bu nəticəyə Qroningen Universitetinin (Hollandiya) alimləri gəliblər. Araşdırmanın nəticəsi mayın 12-dən 15-dək İtaliyada keçirilən Avropa Obez Konqresində (ECO)  təqdim olunub.

 

Tədqiqatda 891 uşaq iştirak edib. Üç yaşlı uşaqların valideynlərindən övladlarının qida rasionu haqqında danışmaq və tərəvəz, meyvə, dənli bitkilər, evdə hazırlanmış və hazır yeməklər, şorbalar, nişasta, qoz-fındıq, paxlalılar, ət, yumurta, yağ kimi ərzaq məhsullarından nə qədər tez-tez istehlak etdiklərini bildirmələri istənilib. Eyni zamanda onlara süd və süd məhsulları, qəhvə, çay, şirinləşdirilmiş içkilər, qənnadı məmulatları və şokolad, sousların qida rasionundakı yeri barədə də suallar verilib.

 

Həmin uşaqlar on və ya on bir yaşa çatdıqda onların boy və çəkiləri ölçülüb. Alimlər bununla şəkərin ümumi qəbulunun uşaqlarda piylənmə riskinə necə təsir etdiyini öyrənməyə çalışıblar.

 

Nəticələr göstərib ki, aşağı yaşlarda istehlak edilən şəkərin ümumi miqdarı 10-11 yaşlarında piylənmə üçün risk faktoru deyil. Piylənmənin patologiyasında şəkər mənbəyinin növü daha mühüm rol oynayıb.

 

Belə ki, maye süd məhsulları və meyvələrdən şəkər qəbul edən uşaqlarda ciddi şəkildə kökəlmənin qarşısı alınıb. Qənnadı məmulatlarından, şokoladdan və şirin süddən istifadənin isə piylənməni artırdığı ortaya çıxıb.

 

İnci 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
sfera.az

1Mənbələr