AZ

“Paşinyanın reytinqi aşağı düşüb, amma arxayındır” - Politoloq

“Ermənistanda parlament seçkiləri 2026-cı ildə keçiriləcək. Onadək yəqin ki, Paşinyan hakimiyyətdə qalacaq və sülh məsələsi öz həllini tapacaq. Paşinyanın reytinqi aşağı düşüb, amma müxalifətin reytinqindən yüksəkdir. Məhz bu səbəbdən radikallar uğur qazana bilmirlər. Paşinyan da bunu bilir və ona görə də arxayındır”.



Bunu Bakupost.az -a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, ikitərəfli, vasitəçisiz danışıqlar daha səmərəli nəticələr verir:

“Fikrimcə, noyabrada Azərbaycanda keçiriləcək beynəlxalq COP29 tədbirinədək sülh və ya ən azından çərçivə sazişi imzalana bilər. Bu ehtimal böyükdür”.

Elxan Şahinoğlunun dediyinə görə, Ermənistan, erməni cəmiyyəti müharibə istəmir. Çünki Azərbaycanın güclü olduğunu, növbəti müharibədə ərazilərini tamamilə itirəcəklərini anlayırlar:

"Bunu həm Ermənistan hakimiyyəti, həm də cəmiyyət başa düşür. Bu səbəbdən də müharibə tərəfdarı olan azsaylı radikalların, revanşistlərin etiraz aksiyalarına ümumxalq dəstəyinin olacağı gözlənilən deyil".

Sevinc,
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
bakupost.az

1Mənbələr