AZ

“Azərbaycan futbolu üçün ciddi addımlar atılmalı idi, ancaq olmadı”

“Bizim üçün gözlənilməz qərar oldu. 4 saat çəkən iclasdan sonra belə bir qərar verilməsi maraqlıdı. Düşünürdük ki, Azərbaycan futbolu üçün nələrsə ediləcək”.

Bu sözləri İdmanxeber.az saytına “İmişli” klubunun icraçı direkrotu Aqşin Mürsəlov AFFA İcraiyyə Komitəsinin qərarı barədə danışarkən deyib. Cari mövsüm Premyer Liqa iddiaçısı olan bölgə təmsilçisinin rəsmisi daha sonra belə davam edib:

“Komanda sayının artırılmasını gözləyirdik. Bunu Qurban Qurbanov da vurğulamışdı ki, çempionatda 12, 14 komanda olsa, daha maraqlı olar. Təəssüf ki, belə bir qərar olmadı. Düzdür, idman prinsipləri qorundu. İşin bu tərəfi yaxşıdır. Amma Azərbaycan futbolu üçün ciddi addımlar atılmalı idi, ancaq olmadı.

Yenə də İcraiyyə Komitəsinin qərarına hörmətlə yanaşırıq. Biz işimizi davam etdirəcəyik. Növbəti illərdə daha ciddi hazırlaşacağıq. Premyer Liqa bizim əsas hədəfimiz olaraq qalır”.

Həsən Quluzadə

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
idmanxeber.az

1Mənbələr