AZ

OPEC qlobal neft tələbinin artımı ilə bağlı PROQNOZ verdi

OPEC 2024-2025-ci illərdə qlobal neft tələbinin artımı ilə bağlı proqnozunu sabit saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatında deyilir.

Təşkilat 2024 və 2025-ci illərdə qlobal neft tələbatının artımı proqnozunu müvafiq olaraq sutkada 2,2 milyon barel və 1,8 milyon barel səviyyəsində saxlayıb. Mütləq ifadədə neftə tələbat bu il 104,5 milyon barel, 2025-ci ildə isə 106,3 milyon barel təşkil edə bilər.

OPEC-in hesablamalarına görə, bu ilin birinci rübündə neftə tələb gündəlik 2,4 milyon barel artıb. Və ikinci və üçüncü rüblərdə təşkilat Yaxın Şərq ölkələrinə görə tələb artımının yavaşlamasını gözləyir.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
5
iqtisadiyyat.az

10Mənbələr