AZ

Bakıda çəkilən görüntülər İbrahim Tatlısesi məyus etdi

 

“Mən Azərbaycanı çox sevirəm. Vətəndaşlarını da sevirəm. Mənim qardaşlarımdırlar. Burada olmaqdan böyük şərəf duydum.

 

Missiya.Az xəbər verir ki, bunu Türkiyəli müğənni İbrahim Tatlıses “Xəzər axşamı” proqramına müsahibəsində deyib.


Müğənni vətəndaşlarımızın onu əlil arabasında çəkməsindən məyus olub.

 

"Bu gün xəbərlər çıxdı. Məni əlil arabasında çəkiblər. Yazıblar ki, İbrahim bəy əlildirmi? Mən bundan utanmıram. Allahdan gələn heç nədən utanmıram”,-deyə sənətçi qeyd edib.


Xatırladaq ki, məşhur müğənni İbrahim Tatlıses bu günlərdə paytaxtdakı restoranlarından birində səhnə alıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
missiya.az

1Mənbələr