AZ

“Neftçi” “Beşiktaş”la yoldaşlıq oyunu keçirə bilər

“Neftçi”

Bakı, 14 may, AZƏRTAC

“Neftçi” Türkiyənin “Beşiktaş” klubu ilə yoldaşlıq oyunu keçirə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Həsən Arat Türkiyə mətbuatına açıqlamasında deyib.

“Vaxtı çatanda yoldaşlıq görüşü keçirəcəyik. Hadisələrin gedişi onu göstərir. Bilirsiniz ki, “Neftçi”nin də rəngləri ağ-qaradır” - , funksioner bildirib.

Qeyd edək ki, “Neftçi” və “Beşiktaş” kollektivləri bu mövsüm artıq 2 dəfə qarşılaşıblar. Komandalar ötən ilin avqustunda UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqib olublar. Hər iki matç Türkiyə təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:1, 2:1.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
azertag.az

5Mənbələr