AZ

İran və İrəvan əlaqələri gücləndirmək üçün Arazda ikinci körpünü tikirlər

Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün tikintisi üçün işçi qrupu yaradacaq. News365.az xəbər verir ki, bu barədə Sputnik Armeniya "Yol İdarəsi" Fonduna istinadən məlumat yayıb. Məsələ artıq fondun direktoru Qor Avetisyanla İranın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndələri arasında müzakirə olunub.

Qeyd olunur ki, ikinci körpünün tikintisi zərurəti İrandan Ermənistana və əks istiqamətdə yük və sərnişin daşımalarının artması, eləcə də Ağarak-Kacaran yolunun bir hissəsinin çəkilməsi layihəsinin həyata keçirilməsi fonunda yaranıb.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
news365.az

1Mənbələr