AZ

Babayanın Naxçıvanla bağlı çağırışı təəccübləndirdi 

“Ermənistan Azərbaycanın Naxçıvanla quru əlaqəsi yaratması üçün tələb edilən yolun açılmasına icazə verməlidir”.

Bunu keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayan deyib.

Babayan sərhəd xətləri dəyişdirilmədən Kalininqrad modelinin tətbiqi ilə Naxçıvana yolun açıla biləcəyini qeyd edib:

 
“Əsas məsələ demarkasiya deyil, Naxçıvana yolun açılmasıdır. Ermənistan 4 kəndi təhvil verdi, sırada anklavlar, konstitusiyanın, gerbin dəyişdirilməsi var. Proses sıra ilə davam edəcək. Son anda yenə yol məsələsinin müzakirəsinə gəlməyə məcbur qalacağıq. İrəvan Naxçıvana quru yolunu açıb-açmamağa dəqiq qərar verməlidir. Digər proseslərin qarşısını sadəcə yolu açmaqla ala bilərik. Türkiyə və Azərbaycan ikitərəfli yol salır. İran isə Ermənistan ərazisindən Azərbaycana yol verilməsini özünün “qırmızı xətt”i adlandırır. Baxın, sərhəd xətlərini dəyişdirmədən Zəngəzurda Kalininqrad modelinin tətbiq edilməsi ilə bu məsələ həll oluna bilər”.

“Azərbaycanın hədəfinin Zəngəzur dəhlizi olduğuna dair fikirlər də yalan və əsassızdır. Hesab edirəm, rəsmi Bakı Kalininqrad modelinin tətbiqini müzakirə etməyə hazırdır. Bu isə dəhliz demək deyil”, – Babayan bildirib.  / Globalinfo.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
referans.az

1Mənbələr